Paşinyandan Zəngəzur etirafı – Azərbaycanla birləşdiriləcək


XƏBƏRLƏR SON DƏQİQƏ
19 noyabr 2026 00:45 16 baxış
Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi layihəsinin praktiki icra mərhələsinə keçildiyini bildirib.
Ekologiya.az xəbər verir ki, Paşinyan bu barədə Ermənistan parlamentində hökumətlə sual-cavab sessiyası zamanı danışıb.
Baş nazirin sözlərinə görə, əsas addımlardan biri Ermənistanın dövlət sərhədinin cənub hissəsində delimitasiya və demarkasiya işlərinin aparılması olacaq.
Həmin sərhəd hissəsinin uzunluğu dəmir yolu, avtomobil yolu, boru kəmərləri və digər nəqliyyat-enerji kommunikasiyalarının çəkilməsi üçün texniki tələblər nəzərə alınmaqla müəyyən ediləcək.
Paşinyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Zəngəzur dəhlizinin texniki parametrlərinin Azərbaycanla razılaşdırılmasının zəruriliyi barədə açıqlamasına da münasibət bildirib.
“Burada bir məqam var: dəmir yolu tikilir və başqa bir dəmir yoluna birləşməlidir. Başa düşürəm ki, biz Mehri ətrafında dövrə vuracaq və heç bir yerə bağlanmayacaq öz suveren dəmir yolumuzu tikmək istəyirik, amma bu, sizin ideyanızdır”, – deyə Paşinyan bildirib.
Baş nazir vurğulayıb ki, Ermənistan dəmir yolunun Azərbaycan dəmir yolu ilə birləşdirilməsinin tərəfdarıdır və bunun üçün texniki parametrlər fəal şəkildə razılaşdırılmalıdır.
“Məhz buna görə üçtərəfli işçi qrupu yaradılıb”, – o əlavə edib.Musavat.com
Dərc vaxtına görə
Ekologiya.azoxuduğunuz
Paşinyandan Zəngəzur etirafı – Azərbaycanla birləşdiriləcək
