Nikol Paşinyan yeni Konstitusiya qəbul ediləcəyi təqdirdə sülh sazişinin bağlanacağını bildirib


20 mənbə əsasında
Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində yeni Konstitusiya qəbul olunacağı halda Azərbaycanla sülh sazişinin imzalanacağını və ratifikasiya ediləcəyini vəd edib. O, referendumda sənəd əleyhinə səs veriləcəyi təqdirdə istefa verəcəyini, dəstəklənərsə növbəti seçkilərdə namizəd olmayacağını açıqlayıb. Dərc olunan yeni layihənin preambulasında Müstəqillik Bəyannaməsinə istinad çıxarılıb. Azərbaycan isə sülh sazişi üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməsini tələb edir.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Paşinyan yeni Konstitusiya qəbul edildikdən sonra Azərbaycanla sülh müqaviləsinin imzalanacağına söz verib
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməsindən sonra Azərbaycanla sülh müqaviləsinin imzalanacağına söz verib. “Sputnik Armenia” xəbər verir ki, Ermənistan Baş naziri xalqa müraciətində bu məsələyə “bütün mənəvi, siyasi və insani etibarlılığını” qoyduğunu bildirib. Onun sözlərinə görə, yeni Konstitusiyanın qəbulu ilə Azərbaycanla sülh müqaviləsi təkcə imzalanıb ratifikasiya edilməyəcək, həm də institusional sülh təmin olunacaq. Paşinyan bir daha bəyan edib ki, referendumda vətəndaşlar yeni Konstitusiyanın əleyhinə səs versələr, istefa verəcək, yox əgər, Konstitusiya dəstəklənərsə, növbəti seçkilərdə Baş nazir postuna namizədliyini irəli sürməyəcək. Qeyd edək ki, bu gün Ermənistanın yeni Konstitusiyasının layihəsi dərc edilib. Yeni Konstitusiyanın layihəsinin preambulasının mətnində Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yoxdur. Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür. (Apa) Reportyor.az
Tam oxu Reportyor.az saytındaDərc vaxtına görə

Report+1 mənbə