Paşinyan İlham Əliyevlə bu məsələni müzakirə etdiyini açıqladı


"İtkin düşmüş şəxslərlə bağlı problemlər müasir həyatımızın ən çətin məsələlərindən biridir".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "İtkin düşmüş şəxslərin taleyi: Humanitar dialoq və əməkdaşlıq" adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, beynəlxalq əməkdaşlıq olmadan, xüsusən də harada olduğu bilinməyən şəxslərin taleyinin aydınlaşdırılması məsələsində irəliləmək mümkün deyil: "Bir çox suallara mümkün cavablar Ermənistan Respublikasının ərazisindən kənarda yerləşir və hətta Ermənistan Respublikası Hökumətinin səlahiyyətlərindən kənardadır.
Buna görə də, beynəlxalq əməkdaşlıq olmadan, eləcə də beynəlxalq təcrübənin hərtərəfli öyrənilməsi və beynəlxalq praktikada istifadə olunan uğurlu yanaşmaların tətbiqi olmadan bu problemi həll etmək mümkün olmayacaq".
Baş nazirin sözlərinə görə, Ermənistan hazırda təxminən 1000 itkin düşmüş şəxsin məsələsi ilə məşğuldur ki, onlardan təxminən 777-si 1990-cı illərin əvvəllərindən bəri itkin düşüb: "Bu məsələnin həllinin ən təsirli yolu Ermənistan-Azərbaycan əməkdaşlığıdır. Dublində keçirilən müzakirələr zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üzrə əməkdaşlığı daha institusional hala gətirmək məsələlərini daha ətraflı müzakirə etdik".
Dərc vaxtına görə

Korrekt.az+1 mənbə