Paşinyan: “ Azərbaycanla əməkdaşlıq ən effektiv yoldur”


19.11.2026 - 11:15
32
Ermənistanın Baş naziri Nikol Paşinyan itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində Azərbaycanla əməkdaşlığın vacibliyini vurğulayıb. O bildirib ki, bu problemin həlli üçün iki ölkə arasında məlumat mübadiləsi və beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilməlidir.
Vətəninfo.az xəbər verir ki, Paşinyan bu fikirləri itkin düşmüş şəxslərin taleyinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.
Baş nazirin sözlərinə görə, Ermənistan hazırda taleyi məlum olmayan təxminən 1000 nəfərlə bağlı problemlə üzləşib. Onlardan təxminən 77 nəfər 1990-cı illərin əvvəllərindən itkin düşmüş hesab olunur. Digər şəxslərin taleyi isə 2020-ci il hadisələri və sonrakı proseslərlə əlaqələndirilir.
Paşinyan qeyd edib ki, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi çoxsaylı naməlum məqamların mövcudluğu səbəbindən mürəkkəb prosesdir. Onun fikrincə, bir çox sualların cavabları Ermənistanın hüdudlarından kənarda, o cümlədən dövlət qurumlarının birbaşa səlahiyyətlərinə daxil olmayan ərazilərdə ola bilər.
