PAŞA Holding BMT-nin İqlim Dəyişmələri Konfranslarındakı fəaliyyətini davam etdirir


3 mənbə əsasında
İqlim dəyişikliyi qlobal iqtisadiyyatın, investisiya qərarlarının və biznes modellərinin gələcəyini müəyyən edən əsas amilə çevrilib. Bu səbəbdən PAŞA Holding dörd ildir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında təmsil olunur. Şirkət Azərbaycandakı COP29 tədbirinin əsas sponsorları arasında yer alıb, Braziliyadakı COP30 konfransına qatılıb və Türkiyənin Antalya şəhərində baş tutan COP31 konfransında “PAŞA Bank Azərbaycan” ilə “PAŞA Real Estate Qrup” şirkətləri vasitəsilə iştirak edir.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
® PAŞA Holding COP-da niyə iştirak edir?
İqlim dəyişmələri artıq yalnız ekoloji məsələ deyil. O, qlobal iqtisadiyyatın, maliyyə sisteminin, investisiya qərarlarının və biznes modellərinin gələcəyini müəyyən edən əsas amillərdən birinə çevrilib. Enerji istehlakından maliyyə risklərinin idarə edilməsinə, tikinti standartlarından kapitalın istiqamətləndirilməsinə qədər bir çox sahədə yeni yanaşmalar formalaşır. Bu dəyişikliklər biznesdən yalnız mövcud çağırışlara uyğunlaşmağı deyil, həm də gələcək iqtisadi transformasiyanın fəal iştirakçısına çevrilməyi tələb edir. Məhz bu baxımdan COP platforması PAŞA Holding üçün yalnız beynəlxalq tədbirdə iştirak deyil, qlobal iqtisadi və biznes gündəliyinin formalaşdığı müzakirələrin bir hissəsi olmaq, beynəlxalq təcrübəni öyrənmək və onu fəaliyyət göstərdiyi sektorlara uyğunlaşdırmaq imkanıdır.PAŞA Holding artıq dördüncü ildir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP) təmsil olunur. Holdinq Azərbaycanda keçirilən COP29-un əsas sponsorlarından biri olub, Braziliyada keçirilən COP30-da iştirak edib və bu il Türkiyənin Antalya şəhərində təşkil olunan COP31-də “PAŞA Bank Azərbaycan” və "PAŞA Real Estate Qrup" şirkətləri ilə təmsil olunur.Bəs COP müzakirələri PAŞA Holding-in fəaliyyət göstərdiyi biznes sahələri üçün konkret olaraq nə dərəcədə əhəmiyyətlidir? Yaşıl transformasiyanın maliyyələşdirilməsində bankların roluİqlim dəyişmələri maliyyə sektoru üçün həm yeni imkanlar, həm də yeni risklər yaradır. Banklar bu prosesdə ikili rol oynayır: bir tərəfdən, öz fəaliyyətlərindən irəli gələn ekoloji və iqlim risklərini idarə etməli, digər tərəfdən isə iqtisadiyyatın aşağı karbonlu modelə keçidini maliyyələşdirməlidirlər.Bu məsələ Azərbaycan bank sektoru üçün də strateji əhəmiyyət daşıyır. COP29 çərçivəsində Azərbaycan Banklar Assosiasiyası ölkənin bank sektoru adından dayanıqlı inkişafa dəstək bəyanatı ilə çıxış edib. Bəyanata əsasən, Azərbaycan bankları 2030-cu ilədək ölkənin aşağı karbonlu və iqlim dəyişmələrinə davamlı iqtisadiyyata
Tam oxu AZƏRTAC saytındaDərc vaxtına görə
