Milli Məclisin növbəti plenar iclasının tarixi və müzakirə olunacaq məsələlər


4 mənbə əsasında
Azərbaycan Milli Məclisinin növbəti plenar iclasının keçiriləcəyi tarix və gündəlikdə duran məsələlər açıqlanıb. Parlamentin növbəti toplantısı noyabr ayının 24-nə təyin edilib. İclasın gündəliyinə ümumilikdə 10 məsələ daxil edilib. Bunların arasında müxtəlif qanun layihələri, sazişlər və konvensiyaya qoşulmaq məsələləri yer alıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Parlamentin növbəti iclasının tarixi - NƏLƏR MÜZAKİRƏ OLUNACAQ?
Milli Məclisin növbəti plenar iclası noyabrın 24-də keçiriləcək, 10 məsələ müzakirə olunacaq. Adalet.az xəbər verir ki, iclasın gündəliyinə daxil olan məsələlər aşağıdakılardır: 1. "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "TotalEnergies EP Absheron B.V.", "SOCAR Absheron" və "ADNOC İnternational ProjectCo 1 RSC Limited" şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 2. "Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya"ya qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi. 3. "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 4. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 6. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 7. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 8. "Maraqlar toqquşması haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 9. "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respub
Tam oxu Adalet.az saytındaDərc vaxtına görə