Palinya: "Heç bir rəqibi kiçiltmək olmaz, əks halda cəzalandırılarsan"


Portuqaliya millisinin yarımmüdafiəçisi Joau Palinya Danimarka ilə oyunda alınan 1:4 hesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı futbolçu Millətlər Liqasının qarşılaşmasında 64-cü dəqiqədə Ruben Neveşi əvəzləyib. O, oyundan sonra RTP-yə açıqlamasında bunları deyib:
"Bu gün milli komandamızda ilham çatışmazlığı hiss olundu. Belə nəticəyə görə üzr istəyirəm, düşünmürəm ki, bu hesab komandamızın həqiqi səviyyəsini əks etdirir. Bu, sadəcə bir oyundur – hər şeyi diqqətlə təhlil etməli və növbəti matçda reabilitasiya olmalıyıq. Heç bir rəqibi kiçiltmək olmaz. Bir anlıq ayıqlığı itirsən, dərhal cəzalandırılırsan. İndi asan oyun yoxdur və əksini düşünənlər yanılır. Danimarka əla komandadır. İrəlidə bizi Uelsdə çox çətin səfər oyunu gözləyir və bu günkü uğursuzluğa layiqli cavab vermək, birinci pillədə möhkəmlənmək istəyirik".
Portuqaliya millisi Millətlər Liqasının 6-cı turunda 17 noyabrda Uelslə qarşılaşacaq.
1 mənbə

Report+3 mənbə