Özbəkistanda Şah İsmayıl Xətai adına Azərbaycan dili və ədəbi irsi mərkəzi yaradılıb


10 mənbə əsasında
Özbəkistanın Qaşqadərya vilayətində təşkil olunan Azərbaycan Mədəniyyəti Həftəsi çərçivəsində Şəhrisəbz Dövlət Pedaqoji İnstitutunda yeni mərkəz fəaliyyətə başlayıb. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında açılan qurumun məqsədi ölkəmizin mədəni irsini, dilini və tarixini beynəlxalq səviyyədə təbliğ etməkdir. Tədbirdə təhsil nümayəndələri və ictimaiyyət təmsilçiləri iştirak edərək mərkəzin ekspozisiyası ilə tanış olublar. Açılış çərçivəsində iki ölkə arasında elmi-mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Özbəkistanda Şah İsmayıl Xətai adına mərkəz açılıb, Xətai və Əmir Teymur irsi müzakirə edilib
Bakı, 20 noyabr, AZƏRTAC Özbəkistanın Qaşqadərya vilayətində keçirilən “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində Şəhrisəbz Dövlət Pedaqoji İnstitutunda Şah İsmayıl Xətai adına Azərbaycan Dili və Ədəbi İrsi Mərkəzinin açılış mərasimi keçirilib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında yaradılan mərkəzin açılışında elm, təhsil və mədəniyyət nümayəndələri, institutun professor-müəllim heyəti və ictimaiyyət təmsilçiləri iştirak ediblər.Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, XVI əsrin görkəmli dövlət xadimi və şairi Şah İsmayıl Xətainin adını daşıyan bu mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycan dilinin, ədəbiyyatının və tarixinin, eləcə də ölkəmizin zəngin mədəni irsinin beynəlxalq aləmdə daha geniş tanıdılmasına töhfə vermək, tələbə və gənclərin bu irsə marağını artırmaq, Azərbaycan və Özbəkistan arasında elmi-mədəni əlaqələri möhkəmləndirməkdir. Mərkəzin ekspozisiyasında Şah İsmayıl Xətainin həyatı, yaradıcılığı və ədəbi-siyasi fəaliyyəti haqqında məlumatlar, Azərbaycan mütəfəkkirlərinin portretləri və onların irsini əks etdirən materiallar, eləcə də Mədəniyyət Mərkəzinin layihəsi əsasında nəşr olunmuş kitablar və müxtəlif suvenirlər nümayiş etdirilir. Ekspozisiya ziyarətçilərin Azərbaycan ədəbiyyatı və mədəniyyəti, milli-mənəvi irsimizin görkəmli nümayəndələri haqqında biliklərini genişləndirməklə yanaşı, tələbələrə bu irsi dərindən öyrənmək və müstəqil araşdırmalar aparmaq imkanı yaradacaqdır.Həftə çərçivəsində, həmçinin Şəhrisəbz Dövlət Pedaqoji İnstitutunda “Azərbaycan–Özbəkistan əlaqələrində Şah İsmayıl Xətai və Əmir Teymur irsi” mövzusunda elmi dəyirmi masa təşkil olunub. Dəyirmi masada çıxış edən Əmir Teymurun vətəni hesab olunan Şəhrisəbz şəhərinin hakimi Şerzod Buriyev “Ədəbiyyat və sənət həftəsi” çərçivəsində keçirilən tədbirlərin Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafına və xalqlar arasında qarşılıqlı anlaşmanın güclənməsinə verdiyi töhfəni qeyd edib.
Tam oxu AZƏRTAC saytındaDərc vaxtına görə
