Ötən gün itkin düşən 4 nəfər tapılıb


Azərbaycanda ötən gün itkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılıb.
Xitab24.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 18-də polis tərəfindən keçirilən tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.