Onlayn sifarişlə Azərbaycana gətirilən mallarla bağlı yeni vergi qaydası təklif olunur


Azərbaycanda onlayn platformalar vasitəsilə sifariş edilərək ölkəyə gətirilən malların vergiyə cəlb olunması ilə bağlı yeni yanaşmanın tətbiqi nəzərdə tutulur.
Gunxeber.Az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, vergi uçotunda olmayan fiziki şəxslərdən alış aktı əsasında əldə edilən mallar üzrə gəlirdən çıxılan xərclərə tətbiq olunan 2 faizlik məhdudiyyət müəyyən hallarda tətbiq edilməyəcək.
Belə ki, onlayn platformalar üzərindən sifariş edilərək “Smart Customs” sistemi vasitəsilə Azərbaycana gətirilən malların həmin məhdudiyyətdən kənarda saxlanılması təklif olunur.
Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişiklik səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
16:00
15:36
21:15
12:35
19:42
16:16
1 mənbə
Report+2 mənbə