Onlar dünyanın ən bahalı futbolçularıdır


“Touchline” hesabı dünyanın ən bahalı futbolçularının yeni reytinqini tərtib edib.
Publika.az xəbər verir ki, ilk yeri İspaniya millisinin və “Barselona”nın 19 yaşlı yarımmüdafiəçisi Lamin Yamal tutur. Onun qiyməti 250 milyon avrodur.
Siyahıda ikinci yerdə 211 milyon avro dəyərində “Bavariya “nın yarımmüdafiəçisi Maykl Olise qərarlaşıb. İlk üçlüyü isə 200 milyon avro dəyərində “Barselona”nın mərkəz müdafiəçisi Pau Kubarsi tamamlayıb.
İlk onluqda həmçinin Erlinq Haaland, Kilian Mbappe, Desire Duai, Rayan Çerki, Cude Bellinqem, Arda Gülər və Elliot Anderson yer alıb.
2026-cı il “Qızıl top” mükafatının qalibi ingilis hücumçu Harri Keyn 13-cü yerdədir. Onun qiyməti 128 milyon funt sterlinqdir.
