Ölkə üzrə pensiyaçıların sayı bəlli olub


Bu il oktyabrın 1-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 94,2 min (ötən il oktyabrın 1-nə 1 milyon...
en ru
Bu il oktyabrın 1-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 94,2 min (ötən il oktyabrın 1-nə 1 milyon 100 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,6 %-ini təşkil edir.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 % artaraq 595,8 manat təşkil edib və orta aylıq əməkhaqqının 50,8 %-nə bərabər olub.
Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilib.
Bu ilin 9 ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6,2 min nəfərə birdəfəlik müavinətlər verilib.
Hesabat tarixinə 78,9 min aztəminatlı ailənin 349,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 99 manat təşkil edib.
Müxtəlif kateqoriyadan olan 407,6 min şəxsə Prezident təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.
Pensiya
Noyabr pensiyası 2026
Bakı, Sumqayıt, Abşeron 13 noyabr · Ödənilib
Naxçıvan MR 6 noyabr · Ödənilib
Digər bölgələr ən gec 20 noyabr
Pensiya nə vaxt veriləcək — ödəniş günləri
Pensiya ödənişi başlayanda bildiriş alın: gün açıqlananda və ödəniş günü.
Əmək haqqı kalkulyatoru — nett və gross
Dövlət qulluqçularının maaş cədvəli
Müəllimlərin maaş cədvəli
OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?
Növbəti oxuyun
Gələn il özəl müəssisələr büdcədən 130 milyon manat subsidiya alacaq
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
Növbəti xəbər yüklənir…