Okan Buruk cəzalı vəziyyətə düşdü
1sport.az1Sport.az

Türkiyə Super Liqasının 12-ci turunda “Qalatasaray” “Samsunspor”u qəbul edib.
1Sport.az xəbər verir ki, “sarı-qırmızılar”ın 2:1 hesablı qələbəsi ilə başa çatan oyunun sonu gzölənilməz hadisə ilə yadda qalıb. Matçın baş hakimi Okan Buruka qırmızı vərəqə göstərib.
Beləliklə cəzalı vəziyyətə düşən Buruk növbəti turda “Beşiktaş”a qarşı oyunda komandanın başında ola bilməyəcək.
