Oğurluğu ifşa edən işçi VİDEODƏLİL təqdim etdi...

Oğurluğu ifşa edən işçi VİDEODƏLİL təqdim etdi... - MÜRACİƏT
"“Abşeronneft” NQÇİ -nin rəisi Balaəli Cəfərovun tapşırığı ilə 250 saylı stasionar dəniz özülünün, həmin özülə aid boru xətlərinin, neft avadanlıqlarının doğranaraq satış məqsədi ilə dənizdən çıxarılması zamanı Xəzər dənizinin çirkləndirilməsini əks etdirən videonu sizinlə paylaşıram..." "DİA-AZ" xəbər verir ki, bu sözlərin müəllifi, sözügedən qurumun işçisi Xanhüseyn Gözəlov aşağıdakı videonu təqdim edərək bildirir:
VİDEO: https://www.facebook.com/share/v/1Ev53HPw8e/
"Bu barədə “Azneft “ İstehsalat birliyinə rəsmi müraciət etmişəm. Müraciətimə cavab olaraq bildirilib ki, müraciətim təsdiqini tapmadı. Demək ki, “Azneft “İstehsalat Birliyində kimlərinsə bu işdə marağı var. Bu birbaşa olaraq Möhtərəm Prezidentim İlham Əliyev Cənablarına, dövlətimizə xəyanətdir. Aidiyyatı qurumlardan Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarına, Dövlətimizə xəyanət edən şəxslərin müəyyən olunaraq Qanunvericiliyin tələblərinə uyğun olaraq ən ağır şəkildə cəzalandırılması istiqamətində təxirə salınmaz tədbirlər görülməsini xahiş edirəm..."