“Nvidia” şirkətinin sabiq rəhbərinin geri qaytarılması tələbi ilə petisiya 200 mindən çox imza toplayıb


“Stand with Jensen” kampaniyası çərçivəsində “Nvidia” şirkətinin rəhbəri vəzifəsinə Censen Huanqın qaytarılmasını tələb edən petisiyaya 200 mindən çox insan imza atıb.
Ordu.az xəbər verir ki, bu barədə noyabrın 19-da petisiyanın yerləşdirildiyi saytda yayımlanan məlumatda bildirilib.
Şirkətin direktorlar şurasının üzvlərinə ünvanlanan müraciətdə Censen Huanqın müstəqil araşdırma faktları aydınlaşdırana qədər vəzifəsinə qaytarılması tələb olunur.
“Faktları müstəqil araşdırma aydınlaşdırana qədər Censeni geri qaytarın. Onun vəzifədən kənarlaşdırılmasının “Nvidia”nın maraqlarına uyğun olduğunu göstərən inandırıcı sübutlar təqdim edə bilməzsiniz”, - deyə müraciətdə qeyd olunub.
İrəvan vaxtı ilə saat 05:10-a olan məlumata görə, petisiyanı təxminən 201,6 min nəfər dəstəkləyib. İmza atanların əhəmiyyətli hissəsi şirkətin fəaliyyəti ilə birbaşa əlaqəlidir. Belə ki, petisiyaya “Nvidia”nın 10,1 min hazırkı əməkdaşı və 105,1 min səhmdarı imza atıb.
Saytda daha 84,4 min iştirakçı Huanqın tərəfdarı, 1,8 min nəfər isə şirkətin keçmiş əməkdaşı kimi qeyd olunub.
Sevinc Əliyeva Ordu.az
Dərc vaxtına görə
