"Nvidia"nın yeni rəhbəri kim olacaq? - Mərc bazarlarında favorit bəlli oldu


İstefa verən "Nvidia" rəhbəri Censen Huanqın yerinə kimin keçəcəyi ilə bağlı beynəlxalq proqnoz bazarlarında milyonlarla dollarlıq mərclər edilir.
Plat.az xəbər verir ki, ABŞ-nin məşhur onlayn proqnoz və mərc platformaları olan "Polymarket" və "Kalshi"də çip nəhənginin yeni baş direktorunun kimliyi ilə bağlı indiyədək 6 milyon dollardan çox vəsait qoyulub. Hazırda Britaniyanın "Arm" şirkətinin rəhbəri Rene Haas hər iki platformada təxminən 26%-lik göstərici ilə əsas favorit hesab olunur.
"Kalshi"də "Nvidia"nın məlumat mərkəzləri üzrə rəhbəri İan Bak 15%-lə ikinci pillədə qərarlaşıb. Qeyd edək ki, İlon Mask da daxil olmaqla 150 mindən çox insanın imza kampaniyasına baxmayaraq, bazarlarda Huanqın geri qayıtma ehtimalı təxminən 10-11% qiymətləndirilir.
1 mənbə
