Noyer yayda karyerasını başa vurmağa hazırlaşır


Almaniyanın tanınmış qapıçısı Manuel Noyer mövsümün ortasında karyerasını bitirməyi planlaşdırmır.
Offsideplus.az xəbər verir ki, "Bavariya"nın 40 yaşlı qapıçısı Bundesliqada "Maynts"lə oyunda ayağında vətərin qopması səbəbindən 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq. Zədəsinə baxmayaraq, Noyer cari mövsümü sonunadək oynamağı düşünür. Lakin onun yayda karyerasını "99,9 faiz ehtimalla" başa vuracağı bildirilir.
Məlumata əsasən, "Bavariya" ilin sonunadək növbəti mövsüm üçün ikinci qapıçı postuna namizədləri müzakirə edəcək və bundan sonra transfer bazarında işə başlayacaq. Namizədlər sırasında Oliver Bauman, Bernd Leno, Loris Karius və daha iki oyunçunun adı çəkilir.
