Niderland millisindən tarixi antirekord


Niderland millisi tarixinin ən ağır rəsmi məğlubiyyətini alıb.
QOL.az xəbər verir ki, komanda UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda Almaniyaya 0:5 hesabı ilə uduzub.
Bu nəticə Niderland yığması üçün antirekordla əlamətdar olub. Belə ki, komanda tarixində ilk dəfə rəsmi matçda 5 top fərqi ilə məğlub olub.
Qeyd edək ki, Almaniya 11 xalla A Liqasının 2-ci qrupunu birinci pillədə başa vurub. Niderland da eyni xalla ikinci yeri tutaraq Millətlər Liqasının 1/4 finalına yüksəlib.
