Niderland klubu De Bröyne transferində israrlıdır


Niderlandın PSV klubu İtaliyanın "Napoli" komandasından ayrılmağa müsbət yanaşan belçikalı ulduz Kevin De Bröynenin transferi üçün hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, Erediviziyanın son çempionu 35 yaşlı təcrübəli yarımmüdafiəçini heyətinə qatmaq məqsədilə İtaliya təmsilçisi ilə rəsmi təmas quraraq ilk transfer təklifini təqdim edib.
Bu barədə məşhur insayder Munir Boualin məlumat yayıb.
Tərəflər arasında keçidin şərtləri ilə bağlı danışıqların davam etdiyi bildirilir.
