-Nərminə Qəribova yazır

4 dəq oxu
Xəbər
19-11-2026 09:03
ŞƏRH
A+ Yazını böyüt
A- Yazını kiçilt
Bu günlərdə “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin fəaliyyətə başlamasının 35-ci ildönümü tamam olub. Ötən illər ərzində təşkilat davamlı turizmin inkişafı, ekoloji maarifləndirmə, sağlam həyat tərzinin təbliği, ailə dəyərlərinin qorunması və təbiətə məsuliyyətli münasibətin formalaşdırılması istiqamətində bir sıra mühüm layihələr həyata keçirib.
QHT-nin fəaliyyətində insan, təbiət və sağlamlıq harmoniyasının təşviqi, sosial təşəbbüslərin dəstəklənməsi xüsusi yer tutur. Təşkilatın sədri Nərminə Qəribova uzun illərdir ictimai fəaliyyətini sağlam cəmiyyətin formalaşmasına, ailə institutunun möhkəmləndirilməsinə və ekoloji dəyərlərin təbliğinə həsr edib.
Onun rəhbərliyi ilə “Ekoturizm Məktəbi”, “Ailə Məktəbi”, “Təbiətdən gələn şəfa” və digər layihələr həyata keçirilib. 35 illik fəaliyyətin təcrübəsini, həyat fəlsəfəsini və gələcək hədəflərini əks etdirən Nərminə Qəribovanın müəllif yazısını təqdim edirik. *** *** ***
Mən, Nərminə Qəribova, 27 ildir dövlət və qeyri-hökumət təşkilatlarında müxtəlif istiqamətlərdə fəaliyyət göstərirəm.
Hazırda “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, “ŞİFACI” Bütüncül Sağlamlıq və Gözəllik Mərkəzinin təsisçisi və direktoruyam. Ekoturizm Məktəbi, “Təbiətdən gələn şəfa”, "Ailə məktəbi", “Şifalı turlar”, "Ətraf mühitə qarşı məsuliyyətli davranış" və bu istiqamətdə həyata keçirilən onlarla layihənin rəhbəriyəm. Eyni zamanda bütüncül sağlamlıq və sağlam həyat tərzi üzrə mentor kimi fəaliyyət göstərirəm.
Peşəkar fəaliyyətimin mühüm bir hissəsini hüquq sahəsinə həsr etmişəm. 10 illik hüquqşünaslıq təcrübəm və mediator kimi fəaliyyətim mənə insan münasibətlərini, ailədaxili problemləri, münaqişələrin yaranma səbəblərini və onların həlli yollarını daha dərindən öyrənmək imkanı verib.
Bu təcrübələr mənə bir daha göstərdi ki, ailə yalnız hüquqi münasibətlər toplusu deyil.
Ailə sevgi, qarşılıqlı hörmət, etimad, anlayış, məsuliyyət və mənəvi dəyərlər üzərində qurulan cəmiyyətin əsas sütunudur. Bir çox ailə problemlərinin arxasında düzgün ünsiyyətin qurulmaması, qarşılıqlı anlaşılmazlıq, emosional gərginlik və maarifləndirmə çatışmazlığı dayanır.
İnsanın sağlam və keyfiyyətli həyat yaşaması üçün sağlam ailə mühitinin olması vacibdir.
Məhz hüquqşünaslıq və mediasiya fəaliyyətimdən qazandığım təcrübə əsasında “Ailə Məktəbi” layihəsini formalaşdırdım. Layihənin əsas məqsədi sağlam gələcək üçün sağlam ailə münasibətlərinin qurulmasına dəstək olmaq, ailədaxili ünsiyyət mədəniyyətini inkişaf etdirmək, qadın və kişilərin ailə məsuliyyətini daha dərindən dərk etməsinə kömək etmək, valideynlik bacarıqlarını gücləndirmək və ailə münaqişələrinin sivil yollarla həllini təşviq etməkdir.
Mənbə
1 mənbə



