"Neftçi"nin qadın komandaları üçün antidopinq seminarı təşkil olunub


Şriftin ölçüsü:
16.11.2026 18:00
"Palms Sports" Futbol Mərkəzində "Neftçi"nin əsas qadın komandası və U-16 qızlardan ibarət komandasının futbolçu və məşqçi heyətinin iştirakı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərovun təqdimatında keçirilən görüşdə idmançıların bilməli olduğu antidopinq tələbləri, qadağan olunmuş maddələr və bu sahədə mövcud qaydalar barədə ətraflı məlumat verilib.
Seminar çərçivəsində futbolçuların gündəlik idman fəaliyyətində diqqət yetirməli olduqları məqamlar, antidopinq normalarının pozulmasının mümkün nəticələri və hər bir idmançının bu sahədə daşıdığı məsuliyyət diqqətə çatdırılıb.
İştirakçılar təmiz idman prinsiplərinin qorunması və sağlam rəqabət mühitinin formalaşdırılması ilə bağlı məlumatlandırılıblar.
1 mənbə