“Neftçi” ilə oyun ərəfəsində qan qaraldan xəbər - FOTOLAR


Premyer Liqanın 12-ci turu çərçivəsində “Neftçi” Şamaxıda “Araz-Naxçıvan”ın qonağı olacaq.
Nominal meydan sahibləri qarşılaşmaya ciddi itkilərlə çıxacaq.
Komandanın aparıcı futbolçularından olan İssuf Paro əməliyyat olunduğundan uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Onunla yanaşı, Mustafa Əhmədzadə ilə Rövlan Muradov da “Neftçi” ilə oyunu buraxacaq.
Mustafa hələ kollektivlə məşqlərə başlamasa da, Rövlan artıq komanda ilə hazırlıqlara qoşulub. Lakin 28 yaşlı cinah oyunçusunun “ağ-qaralar”la qarşılaşmada meydana çıxması inandırıcı görünmür.
Beləliklə, “Araz-Naxçıvan” “Neftçi” ilə vacib dueldə üç futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Noyabrın 22-də Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ
