“Neftçi” 41 xallıq fərqlə məğlub oldu
1sport.az1Sport.az

“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti sınağını keçirib.
1Sport.az xəbər verir ki, təmsilçimiz H qrupunun yeddinci turu çərçivəsində Latviyada “Riqa” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin böyük üstünlüyü ilə başa çatıb - 96:55. “VEF Riga” bütün periodlarda üstün olub - 27:12, 27:12, 23:17 və 19:14.
Qeyd edək ki, əvvəlki altı matçda bir qələbə qazanan və beş dəfə məğlub olan “Neftçi” 7 xalla qrupun sonuncu pilləsində qərarlaşıb.
