Nazirlər Kabinetindən QƏRAR: TƏSDİQLƏNDİ

Nazirlər Kabineti “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin təsdiq edilməsi haqqında” qərar verib. Gender.Az xəbər verir ki, qərara əsasən, İnstitutun strukturuna Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun aparatı (şöbələr və sektorlar), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun “Təlimlərin Təşkili və İnnovasiyalar Mərkəzi” və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun “Laboratoriya və Təcrübə Mərkəzi” daxildir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun işçilərinin say həddi 435 ştat vahidi olmaqla təsdiq edilib. Eyni zamanda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun işçilərinin əməkhaqlarının məbləğləri (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) təsdiqlənib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun işçilərinin əməkhaqlarının məbləğləri (vəzifə maaşı, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) /modern Sıra №-si Vəzifələrin adı Aylıq vəzifə maaşı (manatla) 1. Direktor 6000 2. Direktor müavini, direktor müavini-baş mühəndis 5000 3. Mərkəz müdiri 4200 4. Şöbə müdiri 4000 5. Mərkəz müdirinin müavini 3400 6. Şöbə müdirinin müavini 3300 7. Sahə rəisi 2900 8. Sektor müdiri, sektor müdiri-baş mühasib 2700 9. Direktorun köməkçisi 2600 10. Elmi katib 2300 11. Baş məsləhətçi, baş elmi işçi 2100
Bu xəbərin tam mətnini mənbədən almaq alınmadı.
Orijinalı Gender.az saytındaDərc vaxtına görə
