Nazir maaş artımları ilə bağlı DANIŞDI


Minimum əməkhaqqının artırılması və dövlət sektorunda əməkhaqlarının mütəmadi yüksəldilməsi özəl sektora da təsir göstərir, burada rəqabət mühiti...
en ru
Minimum əməkhaqqının artırılması və dövlət sektorunda əməkhaqlarının mütəmadi yüksəldilməsi özəl sektora da təsir göstərir, burada rəqabət mühiti yaradaraq maaş artımlarına təkan verir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panel sessiyada çıxışı zamanı deyib.
Anar Əliyevin sözlərinə görə, 2017-ci ildən Azərbaycanda qeyri-formal məşğulluğun azaldılması istiqamətində sistemli və davamlı tədbirlər həyata keçirilir: "Bu tədbirlər nəticəsində ölkədə əmək müqavilələrinin sayı 600 minə yaxın artıb ki, bu da təxminən 46-47 faiz yüksəliş deməkdir. Eyni zamanda, ölkə üzrə əməkhaqqı fondu üç dəfədən çox artıb".
O vurğulayıb ki, əmək müqavilələrinin sayının artması işçi qüvvəsinin bilik və bacarıqlarının inkişafı üçün də əlavə imkanlar yaradır. Belə ki, işəgötürənlər əməkdaşlarını müxtəlif kurslara, ixtisasartırma və peşə hazırlığı proqramlarına cəlb etməklə onların kvalifikasiya səviyyəsini yüksəldə bilərlər.
Anar Əliyev formal məşğulluğun genişləndirilməsinin sosial hüquqların təmin olunması baxımından da vacib olduğunu bildirib.
Kalkulyator
Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: gross və net, 2026 vergiləri ilə.
Əmək haqqı kalkulyatoru — nett və gross
Dövlət qulluqçularının maaş cədvəli
Müəllimlərin maaş cədvəli
Anar Rəhim oğlu Əliyev
OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?
Növbəti oxuyun
Vətəndaşın pensiyasına təsir edəcək QƏRAR - Azala bilər
Sahib Gülməmmədova TƏBİB-də vəzifə verildi
Bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
Növbəti xəbər yüklənir…
Dərc vaxtına görə
Operativmm.azoxuduğunuz
Nazir maaş artımları ilə bağlı DANIŞDI

Milli.az+1 mənbə