Azərbaycan ilə İtaliya arasında iqtisadi əməkdaşlıq və ticarət əlaqələri müzakirə olunub


13 mənbə əsasında
Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İtaliyanın baş nazirinin müavini, xarici işlər naziri Antonio Tayaninin iştirakı ilə birgə mətbuat konfransı keçirilib. Görüşdə iki ölkə arasındakı strateji tərəfdaşlıq, ticarət dövriyyəsinin həcmi və iqtisadi əməkdaşlığın inkişafı məsələləri diqqət mərkəzində olub. Rəsmi məlumata əsasən, Azərbaycanda ümumilikdə 167 İtaliya şirkəti qeydiyyatdan keçib və bunlardan 124-ü aktiv fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi və qarşılıqlı sərmayələrin artırılması istiqamətində işlər davam etdirilir.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Nazir: Hazırda Azərbaycanda İtaliyanın 130-a yaxın şirkəti fəaliyyət göstərir
Azərbaycan da İtaliya iqtisadiyyatına uzunmüddətli sərmayə yatırır. Azərbaycan Dövlət Neft Fondu son bir neçə ildə İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə yatırıb. Bu ilin may ayında SOCAR-ın “İtaliya Petroli” şirkətində nəzarət payı əldə etməsi ölkəmizin İtaliya iqtisadiyyatında uzunmüddətli investor kimi iştirakını gücləndirib. AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-İtaliya biznes-forumunda çıxışı zamanı deyib. Nazir bildirib ki, bu gün tədbirdə 200-dən çox şirkətin nümayəndələri iştirak edir, ümumilikdə Azərbaycan-İtaliya münasibətləri möhkəm siyasi dialoqa və strateji tərəfdaşlığa əsaslanır. “Ölkələrimiz arasında strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanıb. Ölkəmiz makroiqtisadi və siyasi sabitlik, qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində əldə etdiyi nəticələr hesabına investorlar üçün əlverişli biznes şəraiti təqdim edir. Qeyri-neft-qaz sektorunun inkişafı, istehsal və ixracın şaxələndirilməsi dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Məqsədimiz Azərbaycanda istehsal olunan məhsulların beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirmək, onların rəqabət qabiliyyətini artırmaqdır. Biz inanırıq ki, məhz bu səbəbdən İtaliya şirkətləri ilə tərəfdaşlıq şirkətlər üçün çox gözəl imkanlar açır. Bununla yanaşı, sənaye parklarında və Ələt Azad İqtisadi Zonasında investorlar üçün əlverişli infrastruktur, vergi və gömrük güzəştləri, eləcə də digər təşviq mexanizmləri yaradılıb. Hazırda İtaliyanın 130-a yaxın şirkəti ölkəmizdə sənaye, tikinti, enerji, kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir”, - deyə nazir əlavə edib.
Tam oxu Azərbaycan qəzeti saytındaDərc vaxtına görə