Nazir: Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi bu ilin 9 ayında 1 milyard dollar olub


18 Noyabr 2026 11:45
484
SİYASƏT
Ötən il Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard ABŞ dolları təşkil edib. Cari ilin ilk doqquz ayında isə bu göstərici təxminən 1 milyard dollar olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir vurğulayıb ki, Azərbaycanda 280 alman şirkəti qeydiyyatdan keçib. Onlardan 210-u aktiv fəaliyyət göstərir. "Almaniyadan Azərbaycana bu illər ərzində edilən investisiyaların həcmi 950 milyon ABŞ dollarına yaxındır, Azərbaycandan Almaniyaya isə 670 milyon dollardan artıq investisiya edilib. Digər bir fakt ondan ibarətdir ki, Almaniyadan Azərbaycana qarşılıqlı investisiyaların əhəmiyyətli hissəsi qeyri-neft sektoruna yatırılıb. Eyni zamanda, Azərbaycan Dövlət Neft Fondu tərəfindən Almaniya şirkətlərinin qiymətli kağızlarına, müxtəlif digər fondlara ümumi yatırımlar isə 1,8 milyard ABŞ dolları həcmində olub. Bu da kifayət qədər əhəmiyyətli bir rəqəmdir", - deyə nazir əlavə edib.
C.Bayramov xatırladıb ki, iqtisadi gündəliyi irəli aparmaq məqsədilə 2025-ci ildə iki ölkə arasında mövcud olan yüksəksəviyyəli birgə işçi qrupun görüşü keçirilib. “2026-cı ildə Prezidentin səfəri çərçivəsində iki ölkə arasında Almaniya-Azərbaycan Biznes Şurasının təsis edilməsi barədə Saziş imzalanıb. Yaxın zamanlarda həmin Biznes Şurasının iclasının və toplantısının həyata keçirilməsi nəzərdə tutulur", - deyə nazir qeyd edib.
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Dərc vaxtına görə
Azərbaycan qəzetioxuduğunuz
Nazir: Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi bu ilin 9 ayında 1 milyard dollar olub