Nazir açıqladı: İcbari tibbi sığortada yenilik olacaq


CƏMİYYƏT17 noyabr 2026 · 16:19
6 Baxış
"Azərbaycanda icbari tibbi sığortada vahid elektron reyestr yaradılacaq".
Ens.Az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazirin sözlərinə görə, icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi və inkişafı istiqamətində sistemin tam rəqəmsallaşdırılması, sığortaolunanların vahid elektron reyestrinin yaradılması, tibbi ekspertiza prosesinin avtomatlaşdırılması, icbari tibbi sığorta sisteminin maliyyələşmə mexanizminin daha da gücləndirilməsi və keyfiyyətə əsaslanan tibbi xidmətlərin maliyyələşmə modelinin qurulması qarşıda duran əsas vəzifələrdəndir:
"Növbəti ilin xərclərində səhiyyə sahəsində dövlət proqramları və tədbirlərinin maliyyələşdirilməsi üçün 185 milyon manat, tibbi xidmətlərin inkişafı və təkmilləşdirilməsi, eləcə də rəqəmsal infrastrukturun qurulması üçün 105 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bundan əlavə, aptek təşkilatlarında ambulator şəraitdə istifadə olunan dərman və vasitələrə görə sığorta ödənişi 50% olan şəxslərin dərman preparatları ilə təminatı üçün 59 milyon manat vəsaitin ayrılması planlaşdırılır".
Təsdiqlənmiş hesab
Şərhlər
Hələ təsdiqlənmiş şərh yoxdur.
Şərh yazın
Şərh yazmaq üçün hesabınıza daxil olun və e-poçtunuzu təsdiqləyin.
Dərc vaxtına görə
