Naxçıvanda tibb işçiləri mövsümi qripə qarşı peyvənd olunub


Cəmiyyət
0 0
Bugün 16:32
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarının və qripin yayılmasının qarşısının alınması məqsədilə profilaktik vaksinasiya tədbirləri davam etdirilir.
Bu çərçivədə Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin əməkdaşları qripə qarşı peyvənd olunublar.
Tibb işçilərinin vaksinasiyası onların sağlamlığının qorunması, eləcə də tibb müəssisələrində infeksiyaların yayılma riskinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.
FOTO:
