Naxçıvanda Azərbaycan klassik musiqi əsərlərindən ibarət konsert-lektoriya keçiriləcək


ANZ.AZ xəbər verir ki, Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri və xor kollektivinin iştirakı ilə Azərbaycan klassik bəstəkarlarının əsərlərindən ibarət konsert-lektoriya təşkil olunacaq.
Tədbir noyabrın 24-də saat 11:00-da Naxçıvan Dövlət Filarmoniyasının konsert salonunda keçiriləcək.
Konsertin bədii rəhbəri və dirijoru Prezident mükafatçısı Hakim Məmmədov, xorun rəhbəri və konsertmeysteri isə Prezident mükafatçısı İlhamə Şirəliyeva olacaq.
Konsert proqramında Elçin Nağıyev, İlkin Abdullayev, Fəridə Ağayeva, Ruhiyyə Hüseynova, İsrafil Qibləliyev və Bəhruz Quliyev də iştirak edəcəklər.
Tədbir Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçiriləcək.
1 mənbə
