“Naxçıvan Qaziləri” İctimai Birliyinin nümayəndələri nazirin qəbulunda iştirak ediblər


Noyabrın 16-sı “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Əli Əlisoy və Birliyin üzvü Abbasəli Tarverdiyev Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin vətəndaş qəbulunda iştirak ediblər.
Qəbul zamanı Naxçıvanda təhsil sahəsində çalışan müharibə ilə əlaqədar əlilliyi olan hərbi rəhbər müəllimlərin əmək hüquqları, əməkhaqlarına qanunvericiliklə nəzərdə tutulan əlavələrin tətbiqi, eləcə də attestasiya məsələləri müzakirəyə çıxarılıb.
Bununla yanaşı, Vətən müharibəsi iştirakçısı olan qazilərin və ehtiyatda olan zabitlərin təhsil müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunması, qazilərimizin ailə üzvlərinin məşğulluğuna dəstək göstərilməsi ilə bağlı müraciət və təkliflər diqqətə çatdırılıb. Görüşdə əsas məqsəd qazilərimizin üzləşdiyi problemlərin aidiyyəti qurumların diqqətinə çatdırılması, onların qanuni əmək və sosial hüquqlarının qorunması, təhsil sahəsində çalışan müharibə iştirakçılarının hüquqlarının təmin olunmasına dəstək göstərilməsidir.
1 mənbə
