“Naxçıvan Qaziləri İB-nin internet saytı yaradılıb


Cəmiyyət
3 0
Dünən 13:11
“Naxçıvan Qaziləri” İctimai Birliyi tərəfindən üzvlərin vahid elektron reyestrinin formalaşdırılması məqsədilə nqib.az internet saytı istifadəyə verilib.
ANZ.AZ xəbər verir ki, platforma vasitəsilə Birlik üzvləri elektron qeydiyyatdan keçərək zəruri məlumatlarını təqdim edə bilərlər. Yeni sistem qazilərin sosial vəziyyətinin və ehtiyaclarının öyrənilməsinə, müraciət və problemlərinin operativ araşdırılmasına, eləcə də sosial və hüquqi dəstək tədbirlərinin daha məqsədyönlü təşkilinə xidmət edəcək.
Birlik bütün üzvlərini sayta daxil olaraq qeydiyyatdan keçməyə dəvət edir.
Sayt: https://nqib.az
