NATO Polşaya düşən raket və PUA ilə bağlı növbədənkənar iclas keçirəcək


NATO Şurası Polşa ərazisinə düşən raketlər və pilotsuz uçuş aparatı (PUA) ilə bağlı insidentə görə noyabrın 23-də növbədənkənar iclas keçirəcək.
AZXEBER.COM xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsində məlumat yayıb.
Nazir bildirib ki, NATO-nun mənzil-qərargahında baş tutacaq toplantıda Polşa tərəfi konkret təkliflər təqdim edəcək və yeni fəaliyyət variantları müəyyənləşdiriləcək.
"Bild" qəzetinin məlumatına görə, Varşava insidentdən sonra Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsi çərçivəsində müttəfiqlərlə rəsmi məsləhətləşmələr aparmaq imkanını nəzərdən keçirir, lakin rəsmi Berlin buna qarşı çıxır.
Xatırladaq ki, noyabrın 20-də səhər saatlarında Polşanın şərqindəki Podkarpat və Lüblin voyevodluqlarının ərazisinə iki raket və bir PUA düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Dərc vaxtına görə
Azxeber.comoxuduğunuz
NATO Polşaya düşən raket və PUA ilə bağlı növbədənkənar iclas keçirəcək
