NATO ilə bağlı son dəqiqə bəyanatı – Ermənistan mövqeyini açıqladı!
MusavatMUSAVAT.COM


Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin NATO ilə bağlı mövqeyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Paşinyan bu barədə Dublində keçirilən Avropa Siyasi Birliyinin sammitinin bəyannaməsinə Ermənistanın qoşulmamasının səbəbləri ilə bağlı sualı cavablandırarkən danışıb.
“Biz öz mövqeyimizi bildirdik. Bəli, Avropa İttifaqına üzvlük prosesinə başlamışıq. Lakin bizim siyasətimizdə NATO-ya üzv olmaq barədə qərar yoxdur və ümumiyyətlə, qarşımıza belə bir vəzifə qoymamışıq”, – Paşinyan vurğulayıb.
Musavat.com
Dərc vaxtına görə