Mustafa Ceceli: “Röyanın düetləri sayəsində yeni səslər kəşf etdim”


21.11.2026 - 22:55
Türkiyəli müğənni Mustafa Ceceli azərbaycanlı müğənni Röya Ayxanla əməkdaşlığından, duetlərindən və Bakıda çəkilən klipdən danışıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Mustafa Ceceli Röya ilə birlikdə aranjıman sahəsində də çalışdıqlarını və daha əvvəl keçirilən konsertdə səhnədə duet ifa etdiklərini bildirib.
O qeyd edib ki, Röyanın müxtəlif ifaçılarla duetləri sayəsində yeni müğənniləri tanımağa başlayıb.
Mustafa Ceceli sosial şəbəkələrdə onun əvvəlki musiqi tərzindən uzaqlaşdığını bildirən izləyicilərin fikirlərinə də münasibət bildirib. Müğənni onların haqlı olduğunu deyərək əvvəlki musiqi üslubuna uyğun mahnıların yenidən təqdim olunacağını vurğulayıb.
Mustafa Ceceli Bakıda 24 saatlıq tur etdiyini və burada çox gözəl klip çəkdiyini bildirib. O, Bakıda da klip çəkmək istədiyini və bu istəyini reallaşdırdığını qeyd edib.
Təbriz Dünyamalızadə