Müdafiə Nazirliyinin nümayəndə heyəti Sofiyada işçi görüş keçirib


19 Noyabr 2026 10:52
31
SİYASƏT
Azərbaycan və Bolqarıstan müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin İdeoloji Təminat İdarəsinin nümayəndə heyəti bu ölkənin paytaxtı Sofiya şəhərinə səfər edib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, səfər zamanı tərəflər arasında "Hərbi qulluqçuların mədəni və sosial məsələlərinin mübadiləsi, həmçinin tətil, məzuniyyət və istirahət müəssisələrinin qarşılıqlı və səmərəli istifadəsinə dair" işçi görüşü keçirilib.
Səfər çərçivəsində nümayəndə heyəti istirahət mərkəzlərinə baxış keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında müzakirələr aparılıb.
Qeyd edək ki, səfər iki ölkənin hərbi qulluqçularının sosial məsələlərinin daha da yaxşılaşdırılması, qabaqcıl təcrübənin öyrənilməsi və birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Dərc vaxtına görə
Azərbaycan qəzetioxuduğunuz
Müdafiə Nazirliyinin nümayəndə heyəti Sofiyada işçi görüş keçirib