"Müalicəmi davam etdirmədim" - Xəstəliyindən danışdı


Bir neçə il əvvəl MS - dağınıq skleroz diaqnozu qoyulan müğənni İntizar Məmmədzadə səhhətindən danışıb.
Axşam.az xəbər verir ki, ifaçı "Qonaqcanlı" verilişində qonaq olarkən özünü hazırda yaxşı hiss etdiyini bildirib:
"Səhhətim yaxşıdır, keçdi-getdi. İndi hər şey yaxşıdır. Gərək üstünə düşəsən. Hər şeyə fikir vermək lazımdır. Bir dəfə müalicə olundum. Sonra həkimin təyin etdiyi müalicəni davam etdirmədim. Diqqət də etmirəm".
Qeyd edək ki, MS - iltihabi xəstəlik olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsidir.
