Montiel sıraya döndü - "Qarabağ"ın qarşıdakı matça neçə itki ilə çıxacağı açıqlandı


Misli Premyer Liqasının 12-ci turunda "Kəpəz"in qonağı olacaq "Qarabağ"ın heyəti ilə bağlı son vəziyyət açıqlanıb.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, bir müddət kənarda qalan ispaniyalı yarımmüdafiəçi Xorxe Montiel artıq kollektiv məşqlərə qoşulub.
Hazırda komandada cəzalı futbolçu olmadığı, yalnız zədəli sol cinah müdafiəçisi Elvin Cəfərquliyevin "sarı-göylər" ilə səfər matçını kənardan izləyəcəyi bildirilib.
Qeyd edək ki, "Kəpəz" - "Qarabağ" noyabrın 22-də keçiriləcək. Gəncə şəhər stadionunda reallaşacaq görüşün start fiti 17:00-da səsləndiriləcək. Hesabında 19 xal olan Ağdam təmsilçisi Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə mövqe tutubsa, "Kəpəz" 17 xalla 6-cı sıradadır.
Nihat
1 mənbə