MOİK-in 3 əsas futbolçusu sıraya döndü, Nəbiyev isə...


1-ci Liqa təmsilçisi MOİK-in 3 tanınmış futbolçusu sıraya dönüb.
Bu barədə Fanat.Az-a komandanın baş məşqçisi İlham Yadullayev məlumat verib:
"Yarımmüdafiəçi Emin Zamanovla müdafiəçi Şəhriyar Əliyev artıq zədə problemini geridə qoyub. Onlar "Sumqayıt"la yoxlama oyununda da heyətdəydilər. Eyni sözləri Alexandro Herrera haqda da deyə bilərik. Elşad Tağıyev, Yusif Nəbiyev və Nihad Qurbanlı hazırda zədəlidirlər. Bugünkü məşqdə vəziyyətin nə yerdə olduğunu daha dəqiq biləcəyik. Nəbiyevin kənarda qalması və bərpa müddətinin uzanması təbii ki, böyük təəssüf doğurur".
Nihat
