Möhbalıyevin oğlunun Dubaydakı SƏRVƏTİ - Elə şeylər üzə çıxdı ki...


Deputat Səttar Mehbalıyevin oğlu İsfəndiyar Mehbalıyev hazırda Dubayda gördüyünüz bu binada – Marsa Dubay kompleksində yaşayır. Həm də boşandığı iddia edilən həyat yoldaşı Safiya Mehbalıyeva (Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun qızı) və iki oğlu ilə. Safiya Mehbalıyeva Dubayda bahalı aksessuar, qızıl zinət əşyaları və “Rolex” saatlarının satışı mağazası açıb.
NOCOMMENT.az xəbər verir ki, bunu jurnalist Cavanşir Həsənli sosial media hesabında yazıb.
Deputatın oğlu 2022-ci ildən BƏƏ-də minimum 2 milyon dirhəm (1 milyon manata yaxın) əmlak investisiyası dəyərində verilən 10 illik “Golden Visa” ilə yaşayır. Amma bu onun Dubayda 2022-ci ildən yaşadığı demək deyil.
İsfəndiyar Mehbalıyev 2017-ci ildə – hələ polis orqanlarında xidmət etdiyi vaxtlarda xidmət haqda qanunvericiliyi ciddi şəkildə pozaraq Dubayda TASKEEN lisenziyası əsasında müvəqqəti yaşayış icazəsi alıb və bu icazə “Golden Visa” alanadək, yəni 2022-ci ilədək qüvvədə olub. O, yalnız 2021-ci ildə xidməti vəzifəsini tərk edib.
TASKEEN Lisenziyası Nədir?
Dubay Torpaq Departamentinin (Dubai Land Department) təqdim etdiyi TASKEEN (Investor Residence Application) proqramı Dubayda daşınmaz əmlak alan xarici investorlara verilən rezidentlik vizası və lisenziyasıdır. Bu status şəxsə Birləşmiş Ərəb Əmirliklərində uzunmüddətli yaşamaq, bank hesabı açmaq və ailə üzvlərinə sponsorluq etmək hüququ verir.
Qanun nə deyir?
– Xarici dövlətdə daimi yaşamaq hüququ qadağası: “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə və “Dövlət qulluğu haqqında” Qanuna əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş və ya xarici dövlətdə daimi yaşamaq hüququ (rezidentlik) əldə etmiş şəxslər daxili işlər orqanlarında xidmətə qəbul edilə bilməzlər. Xidmətdə olan əməkdaş belə bir hüquq əldə etdikdə bu, onun daxili işlər orqanlarından xaric edilməsi üçün birbaşa hüquqi əsas yaradır.
– Dövlət sirri və xüsusi yoxlama: Polis əməkdaşları xidməti vəzifələrinə görə dövlət sirri təşkil edən məlumatlara çıxış əldə edirlər. Xarici ölkədə rezidentlik (yaşayış icazəsi) almaq həmin şəxsin xarici dövlətin yurisdiksiyası və miqrasiya nəzarəti altına düşməsi deməkdir ki, bu da milli təhlükəsizlik və daxili xidmət qaydaları ilə ziddiyyət təşkil edir. Həmçinin polis əməkdaşlarının ölkə xaricinə çıxışı xüsusi icazə (raport) əsasında tənzimlənir.
– Maliyyə bəyannaməsi və korrupsiyaya qarşı tələblər: TASKEEN proqramı birbaşa Dubayda daşınmaz əmlak mülkiyyətinə bağlıdır. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna görə, vəzifəli şəxslər xaricdəki əmlakları və gəlir mənbələri barədə məlumat təqdim etməlidirlər. Əmlakın dəyəri əməkdaşın rəsmi gəlirləri ilə uyğun gəlmədikdə, bu, qanunsuz varlanma və korrupsiya hüquqpozması kimi araşdırıla bilər.
Xatırladaq ki, İsfəndiyar Mehbalıyev bu binada hər birinin sahəsi 80,49 m² olan iki mənzil (156986391 və 156989399 kadastr nömrəli, 1001 və 1401 saylı) alıb.
Dərc vaxtına görə
Nocomment.azoxuduğunuz
Möhbalıyevin oğlunun Dubaydakı SƏRVƏTİ - Elə şeylər üzə çıxdı ki...