Mirzoyanın müavini və Fələstin xarici işlər naziri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər


Ermənistan xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan Fələstinin xarici işlər və diaspor naziri Varsen Ağabekyan Şahinlə görüşərək ikitərəfli münasibətlərin inkişafını və Yaxın Şərqdəki son vəziyyəti müzakirə edib.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, görüş noyabrın 20-də Neapolda keçirilən “Aralıq dənizi dialoqları” beynəlxalq konfransı çərçivəsində baş tutub.
“Tərəflər Ermənistan-Fələstin münasibətlərinin inkişafı ilə bağlı məsələləri müzakirə edib, həmçinin Ermənistanın həyata keçirdiyi humanitar proqramlara toxunublar.
Həmsöhbətlər Yaxın Şərqdəki vəziyyət və regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə, həmçinin Sülh Şurasının fəaliyyəti müzakirə olunub”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu Ordu.az
1 mənbə