"Milan"ın idman direktoru: "Liverpool" son anda Co Qomezin transferindən imtina etdi


"Milan"ın sabiq idman direktoru İgli Tare klubun "Liverpul"dan müdafiəçi Co Qomezi transfer etmək üzrə razılığa gəldiyini, lakin keçidin son anda baş tutmadığını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Tarenin sözlərinə görə, 2025-ci ildə "Kristal Pelas"ın müdafiəçisi Mark Qehi "Liverpul"a keçməli idi, lakin bu transfer transfer pəncərəsinin son günündə baş tutmayıb və qışda Qehi "Mançester Siti"yə keçib. "Əvvəlcə Manuel Akanji "İnter"ə keçdi, çünki biz Çempionlar Liqasında iştirak etmirdik. Sonra "Liverpul"la Co Qomezin transferi üçün razılıq əldə etdik. Lakin son anda Mark Qehinin "Kristal Pelas"dan "Liverpul"a keçidi baş tutmadı və ingilis klubu bizimlə olan razılaşmadan imtina etdi. Biz yalnız həmin keçidin tamamlanmasını gözləyirdik ki, sənədləri imzalayaq. Mərkəz müdafiəçisiz qalmamaq üçün son anda Odogu transfer etdik – gələcək üçün perspektivli oyunçu kimi", – deyə Tare bildirib.
1 mənbə
