Mikels "Barselona" ilə oyunu buraxacaq?


Dünən Misli premyer-liqasının 12-ci turunda "Sumqayıt"ın qonağı olan "Sabah" 5:1 hesablı qələbə ilə azarkeşlərini sevindirdi. "Bayquşlar" bu nəticə sayəsində xalları eyni olan "Neftçi"ni top fərqində qabaqlayaraq zirvəyə yüksəldi.Maraqlıdı ki, matçın iştirak ərizəsində Bakı təmsilçisinin bombardiri Coy-Lens Mikelsin adı yox idi. Görəsən, futbolçu Ruanda millisinin düşərgəsindən zədəli qayıdıb, yoxsa yoxluğu "Barselona" ilə matç üçün istirahət etməsinə görədi?
Bu sualla "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Həmkarımız "Football-plus.az"a açıqlamasında Mikelsin zədəli olmadığını, millinin düşərgəsindən qayıtdıqdan sonra baş məşqçi Valdas Dambrauskasun qərarı ilə istirahət etdiyini bildirdi.
Xatırladaq ki, "bayquşlar" noyabrın 25-i, saat 21.45-də Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda "Barselona"nı qəbul edəcək.
KƏNAN BAHADIR

Sportify.az+3 mənbə