İqtisadiyyat naziri Azərbaycan-İtaliya münasibətlərindən danışıb


9 mənbə əsasında
Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda ikitərəfli münasibətlərin strateji tərəfdaşlığa əsaslandığı bildirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov tədbirdə çıxış edərək ikitərəfli əməkdaşlığın inkişafından, eləcə də ölkədə investorlar üçün yaradılan əlverişli biznes mühitindən bəhs edib. Forumda iki ölkəni təmsil edən ikiyüzdən artıq şirkətin nümayəndəsi iştirak edir. Nazir iki dövlət arasında strateji tərəfdaşlığa dair əvvəlki illərdə sənədlərin imzalandığını da xatırladıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Mikayıl Cabbarov: "Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır"
Azərbaycan–İtaliya münasibətləri möhkəm siyasi dialoqa və strateji tərəfdaşlığa əsaslanır. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-İtaliya biznes forumunda deyib. Onun sözlərinə görə, forumda 200-dən çox şirkətin nümayəndələri iştirak edir: "Çoxsaylı İtaliya və Azərbaycan şirkət nümayəndələrinin iştirakıqarşılıqlı əməkdaşlığa olan marağın aydın göstəricisidir. Hər iki ölkə arasında 2014 və 2020-ci illərdə strateji tərəfdaşlıqla bağlı iki bəyannamə imzalanıb". Bundan əlavə, M.Cabbarov vurğulayıb ki, Azərbaycan makroiqtisadi və siyasi sabitlik, habelə qeyri-neft-qaz sahəsinin inkişafı istiqamətində əldə etdiyi uğurlar sayəsində investorlar üçün əlverişli biznes mühiti yaradır: "Ölkənin "Moody's" və "Fitch" beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş suveren kredit reytinqi investisiya səviyyəsində tanınır. Qeyri-neft-qaz sektorunun gücləndirilməsi, istehsal və ixracın diversifikasiyası dövlətin iqtisadi strategiyasının başlıca prioritetləri sırasındadır. Bu məqsədlə hökumət sahibkarlara müxtəlif dövlət dəstəyi mexanizmləri tətbiq edir. Hədəfimiz Azərbaycanda istehsal edilən məhsulların beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirmək və onların rəqabətədavamlılığını yüksəltməkdir. Əminik ki, məhz buna görə də İtaliya şirkətləri ilə tərəfdaşlıq müəssisələrimiz üçün mühüm perspektivlər açır". M.Cabbarov həmçinin qeyd edib ki, sənaye parkları və Ələt Azad İqtisadi Zonasında investorlar üçün əlverişli infrastruktur, vergi və gömrük güzəştləri, eləcə də digər təşviq mexanizmlər formalaşdırılıb: "İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlar 2033-cü ilə qədər mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azaddırlar. İstehsal üçün lazım olan avadanlıq və xammalın idxalına əlavə dəyər vergisi və gömrük rüsumları tətbiq edilmir. Oxşar güzəştlər Azərbaycanın əsas ərazisi ilə birbaşa quru yolu bağlantısı olmayan Naxçıvan Muxtar Respublikasında da qüvvədədir".
Tam oxu Djb.az saytındaDərc vaxtına görə