"Miiim Global" MMC-də nə baş verir?


Paytaxtın Qaradağ rayonunda hüquqi qeydiyyatda olan "Miiim Global" Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını azaltdığını elan edib.
32gun.az-ın dövlət reyestri və rəsmi elanlardan əldə etdiyi məlumata görə, cəmiyyət təsisçilərinin 17 noyabr 2026-cı il tarixli qərarına əsasən, şirkətin nizamnamə kapitalı 30 AZN-dən (3 pay) 20 AZN-ə (2 pay) endirilir. Kreditorlar qanunvericiliklə müəyyən edilmiş qaydada öz tələblərini və etirazlarını Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi, ev 85 ünvanına və ya +994-10-252-06-89 əlaqə telefonuna müraciət edərək bildirə bilərlər.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, 5 avqust 2025-ci il tarixində dövlət qeydiyyatına alınan (VÖEN: 1103125111) "Miiim Global" MMC-nin qanuni təmsilçisi Elməddin Lətif oğlu Nuriyevdir.
Ayaz
