Məsum görünən dondurmanın 3 böyük təhlükəsi


Dondurma ən çox seçilən şirniyyatlardan biri olsa da, yüksək şəkər, doymuş yağ və kaloriyə malik olduğu üçün həddindən artıq istehlakı ürək sağlamlığına mənfi təsir göstərə bilər.
Milli.Az xəbər verir ki, yarım fincan şokoladlı dondurmada 20 qramdan çox şəkər ola bilər ki, bu da qan şəkərinə və maddələr mübadiləsinə mənfi təsir göstərir.
Tərkibindəki qaymaq səbəbindən yüksək miqdarda doymuş yağ ehtiva edir, bu da ürək xəstəlikləri riskini artırır.
Porsiyaya nəzarət edilməməsi piylənməyə, o isə ürək xəstəliklərinə yol aça bilər.
Mütəxəssislər dondurmadan tamamilə əl çəkməyi deyil, ölçülü olmağı məsləhət görürlər. Böyük qablar əvəzinə kiçik porsiyalar seçmək, istehlak tezliyini tənzimləmək və az şəkərli, az yağlı növlərə üstünlük vermək tövsiyə olunur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Dərc vaxtına görə
