Messi yoxdur, Ronaldu var - SİYAHI


Böyük Britaniyanın “The Guardian” nəşri xüsusi layihə hazırlayaraq 1-dən 50-yə qədər hər oyun nömrəsi ilə ən yaxşı futbolçuların siyahısını təqdim edib.
Sportify.az xəbər verir ki, “Barselona”nın və Argentina millisinin sabiq hücumçusu Lionel Messi siyahıya düşməyib. Karyerası ərzində 30, 19, 10, 18 və 15 nömrəli formalarda çıxış edən argentinalının 10 nömrəsi həmyerlisi Dieqo Maradonaya verilib.
Siyahıda ilk nömrə SSRİ millisinin sabiq qapıçısı, “Qızıl top”un sahibi Lev Yaşinə məxsusdur. Kriştianu Ronaldu 7, braziliyalı Ronaldo 9 nömrə ilə fərqləndirilib.
Nəşr qeyd edib ki, futbol formalarının nömrələri artıq sadəcə oyunçuları fərqləndirmək vasitəsi deyil, həm də nailiyyətlərin, tanınmışlığın və şəxsi tarixçələrin simvoluna çevrilib.
“The Guardian”ın təqdim etdiyi tam siyahı:
Lev Yaşin (SSRİ)
Kafu (Braziliya)
Paolo Maldini (İtaliya)
Xavyer Zanetti (Argentina)
Frans Bekkenbauer (Almaniya)
Franko Barezi (İtaliya)
Kriştianu Ronaldu (Portuqaliya)
Marsel Desayi (Fransa)
Ronaldo (Braziliya)
Dieqo Maradona (Argentina)
Rayan Giqqz (Uels)
Marko van Basten (Niderland)
Gerd Müller (Almaniya)
Yohan Kroyff (Niderland)
Falkao (Braziliya)
Rodri (İspaniya)
Kevin De Bruyne (Belçika)
İvan Zamorano (Çili)
Pol Qaskoyn (İngiltərə)
Diogu Jota (Portuqaliya)
Andrea Pirlo (İtaliya)
Kaka (Braziliya)
Devid Bekhem (İngiltərə)
Lorenso İnsinye (İtaliya)
Canfranko Zola (İtaliya)
Con Terri (İngiltərə)
Fabio Kualyarella (İtaliya)
Kolo Ture (Kot-d’İvuar)
Kay Haverts (Almaniya)
Yesper Qrenkyer (Danimarka)
Bastian Şvaynştayger (Almaniya)
Karlos Teves (Argentina)
Petr Çex (Çexiya)
Qranit Caka (İsveçrə)
İqor Akinfeyev (Rusiya)
Matteo Darmian (İtaliya)
Mikki van de Ven (Niderland)
Dilan Tombides (Avstraliya)
Bruno Gimaraeş (Braziliya)
Besian İdrizay (Avstriya)
Deklan Rays (İrlandiya)
Yaya Ture (Kot-d’İvuar)
Mateuş Kliç (Polşa)
İvan Perişiç (Xorvatiya)
Mario Balotelli (İtaliya)
Salvatore Sirigu (İtaliya)
Fil Foden (İngiltərə)
Körtis Cons (İngiltərə)
Maylz Lyuis-Skelli (İngiltərə)
Lazar Markoviç (Serbiya)
