Məşhur "Green Harvest Co" şirkətində nə baş verir?
.jpg)
.jpg)
Azərbaycanda bağçılıq və kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə məşğul olan "Green Harvest Co" Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını azaldıb.
32gun.az-ın verdiyi məlumata görə, 10 saylı Ərazi Vergilər İdarəsində uçotda olan cəmiyyətin nizamnamə kapitalı iki dəfə azaldılaraq 200 AZN-dən 100 AZN-ə endirilib.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, 29 yanvar 2024-cü il tarixində 100 manat nizamnamə kapitalı ilə təsis edilən şirkət AZ1007, Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, ev 7, mənzil 14b ünvanında hüquqi qeydiyyatdadır. Hazırda MMC-nin qanuni təmsilçisi Heydər Məhəmməd oğlu Əliyevdir.
Reyestr tarixçəsindən məlum olur ki, şirkətin rəhbərliyində əvvəllər də dəyişikliklər baş verib — təsis olunduğu dövrdə MMC-yə Fərid Arif oğlu Sadıqov, 9 aprel 2026-cı il tarixindən etibarən isə Leyla Arif qızı Sadıqova rəhbərlik edib.
“Green Harvest Co” MMC Azərbaycanda bağçılıq və kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə məşğul olan şirkətdir.
Nilay
