Məşğulluğa verdikləri töhfəyə görə 4 şirkət təltif olundu


“İmkanlar və İnam” Dövlət-Biznes Əməkdaşlığı Forumu çərçivəsində məşğulluğun təminatına verdikləri töhfəyə görə bir sıra şirkətlər mükafatlandırılıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, müharibə veteranlarının məşğulluğunun təminatına verdiyi mühüm töhfəyə görə “Oba Market” MMC təltif olunub. Mükafatı şirkətin İdarə Heyətinin sədri Natəvan İbrahimova qəbul edib.
Şəhid ailəsi üzvlərinin məşğulluğunun dəstəklənməsi istiqamətindəki fəaliyyətinə görə “Prime Cotton” MMC mükafata layiq görülüb. Təltifi şirkətin baş icraçı direktoru Tural Əlizadə qəbul edib.
İnklüziv məşğulluğun inkişafına və əlilliyi olan şəxslərin əmək bazarında iştirakının dəstəklənməsinə verdiyi töhfəyə görə isə “Kristal Bakı” ASC mükafatlandırılıb. Şirkətin direktoru İbrahim Dostumaliyev təltifi qəbul edib.
Bundan əlavə, gənclərin və qadınların məşğulluğunun təminatına verdiyi mühüm töhfəyə görə “Araz Supermarket” MMC iki nominasiya üzrə təltif olunub. Mükafatı şirkətin İdarə Heyətinin üzvü Pərviz Qasımov qəbul edib.
Tədbirdə təltif olunan şirkətlərə əməkdaşlığa və məşğulluq sahəsindəki töhfələrinə görə təşəkkür bildirilib.
