Bakı şəhərinin Xəzər rayonunda yerləşən yataqxana binasında yanğın hadisəsi baş verib


Süni intellekt hazırlayıb
Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən ikimərtəbəli yataqxana binasında yanğın qeydə alınıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Görülən təcili tədbirlər nəticəsində alovun digər mərtəbələrə yayılmasının qarşısı alınaraq yanğın tam söndürülüb. Hadisə nəticəsində dam örtüyünün, iki otağın və dəhlizin müəyyən hissəsi yansa da, xəsarət alan olmayıb.
Xülasə bu hadisəni yazan mənbələrin mətnlərinə əsasən hazırlanıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Mərdəkanda yataqxanada yanğın olub
Mərdəkanda yataqxanada yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. FHN qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 840kv.m. olan ikimərtəbəli yataqxana binasında baş vermiş yanğın genişlənərək digər mərtəbəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 420 kv.m. sahədə, bir otağın yanar konstruksiyaları 65 kv.m., digəri isə 10 kv.m. sahədə və binanın dəhlizi 6 kv.m. sahədə yanıb. Xəsarət alan olmayıb.
Tam oxu Mediabiz saytındaDərc vaxtına görə
